Day.Az xəbər verir ki, baş barmaqda qəfil yaranan şiddətli ağrı isə podaqranın ilk göstəricilərindən sayılır.

Mütəxəssislər topuğun iç tərəfində yaranan qırmızı və qaşınan ləkələrin xroniki venoz çatışmazlığına işarə edə biləcəyini qeyd ediblər. Vaxtında müalicə olunmayan bu vəziyyət trofik xoraların yaranmasına səbəb ola bilər.

Həkimlər dırnaqlardakı dəyişikliklərə də diqqət yetirməyi tövsiyə edirlər. Saralmış və qalınlaşmış dırnaqlar göbələk infeksiyası və ya psoriazı, kövrək və qaşıqşəkilli dırnaqlar isə dəmir çatışmazlığı və digər sağlamlıq problemlərini göstərə bilər.