- Президент Турции Эрдоган проведет ряд двусторонних встреч на саммите НАТО в Анкаре.
- Среди встреч: с премьер-министром Канады Марком Карни, президентом Финляндии Александром Стуббом и президентом США Дональдом Трампом.
- Основные темы обсуждения: ситуация в Украине и события на южном фланге альянса.
- Вечером Эрдоган и его супруга дадут официальный ужин для глав государств и их супруг.
- Для обеспечения безопасности саммита задействованы десятки тысяч полицейских.
Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdə NATO-ya üzv ölkələrin liderləri ilə yanaşı, 100-ə yaxın nazir, çoxsaylı diplomat və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Toplantıda əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət, həmçinin alyansın cənub cinahında baş verən son hadisələr olacaq.
Proqrama əsasən, Rəcəb Tayyib Ərdoğan əvvəlcə Kanadanın Baş naziri Mark Karni, daha sonra isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə ikitərəfli görüş keçirəcək.
Günün diqqət çəkən məqamlarından biri isə ABŞ Prezidenti Donald Trampın rəsmi mərasimlə qarşılanması olacaq. Liderlərin görüşündə regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Axşam saatlarında Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan sammitdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət verəcəklər.
Ərdoğanın liderlərlə ikitərəfli görüş saatları:
Saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Kanadanın Baş naziri Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək. Saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, saat 19:30-da (20:30) dövlət və hökumət başçıları ilə onların həyat yoldaşlarının şərəfinə ziyafət verəcəklər.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammitinin təhlükəsizliyinin təmin olunması məqsədilə 10 minlərlə polis əməkdaşı xidmətə cəlb edilib.
Комментарии
Загрузка…
Оставить комментарий