Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, əvvəlcədən məlumat verilmədiyi üçün planlaşdırılmış səfərlər baş tutmayıb və ciddi maddi itkilər yaranıb.

Mütəxəssislər bildirir ki, belə məhdudiyyətlər adətən məhkəmə qərarı, icra işi və ya vergi və digər borclarla bağlı tətbiq olunur və bəzi hallarda yerində ödənişlə aradan qaldırıla bilir.

Qeyd olunur ki, vətəndaşlar səfərə çıxmazdan əvvəl Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və vergi xidmətinin elektron platformaları vasitəsilə öz hüquqi statuslarını yoxlamalıdırlar. Əks halda, sərhəddə gözlənilməz qadağa ilə qarşılaşmaq mümkündür.