КОРОТКО
- В Агдамском районе столкнулись автомобили Renault Laguna и GAZ
- 6 человек получили телесные повреждения различной степени
- Трое пострадавших находятся в тяжелом состоянии
- Пострадавшие доставлены в Бардинский лечебно-диагностический центр
Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Trend -ə istinadən xəbər verir ki, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Renault Laguna" markalı, 99-UA-251 dövlət qeydiyyat nişanlı minik avtomobili "GAZ" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan iki təcili tibbi yardım briqadası yaralıları Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırıb.
İlkin məlumata görə, yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Материал обработан с использованием ИИ
Комментарии
Загрузка…
Оставить комментарий