- Президент Азербайджана утвердил изменения в Земельный кодекс и ряд законов для приведения их в соответствие с законом о ГЧП.
- Изменения касаются передачи прав на земельные участки частному партнеру в рамках ГЧП.
- Муниципальные земли могут передаваться в собственность или аренду только через открытые торги, за исключением случаев ГЧП.
- Государственные земли могут сдаваться в аренду частному партнеру на основании договора аренды в рамках ГЧП.
- В рамках ГЧП возможно ограничение применения закона о приватизации и предоставление гарантий по регулируемым ценам.
Prezident İlham Əliyev bununla bağlı Torpaq Məcəlləsinin, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sənədə əsasən "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi hallarında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunun tətbiq dairəsinin məhdudlaşdırılması mümkündür.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий