- Помощник президента Азербайджана Хикмет Гаджиев встретился с профессором экономики Джеффри Саксом.
- Обсуждались вопросы устойчивого развития, геополитики и геоэкономики.
- Рассматривалась концепция Большого Каспийского региона и растущая роль Азербайджана как средней державы.
- Упомянута инициатива Сакса 'Marco Polo - Drive of Peace' поездка на электромобилях по маршруту Восток-Запад.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.
"Bakıya səfəri çərçivəsində dünya şöhrətli iqtisadiyyat professoru Ceffri Saksla məhsuldar görüş keçirdim. Biz dayanıqlı inkişaf, geosiyasət və geoiqtisadiyyat məsələləri üzrə fikir mübadiləsi apardıq, həmçinin Böyük Xəzər regionu konsepsiyasını, Azərbaycanın orta güc kimi artan rolunu, sülh gündəliyimizi və regional məsuliyyətin əhəmiyyətini müzakirə etdik.
Onun Şərq-Qərb marşrutu üzrə elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo - Drive of Peace" adlı təşəbbüsü dialoqun və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", - deyə paylaşımda bildirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий