Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Nisbi rütubət gecə 75-80%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.