- Церемония прощания с бывшим верховным лидером Ирана Али Хаменеи началась в Тегеране.
- Мероприятия продлятся до 9 июля, после чего Хаменеи будет похоронен в Мешхеде.
- Ожидается участие высокопоставленных делегаций из около 100 стран, включая Азербайджан.
İranın sabiq Ali Rəhbəri Əli Xamenei ilə vida mərasimi Tehranda başlayıb.
Day.Az xəbər verir ki, anım mərasimləri yalnız paytaxtla məhdudlaşmayacaq. Proqram çərçivəsində İranın müxtəlif şəhərlərində də genişmiqyaslı vida tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Mərasimlərin iyulun 9-dək davam edəcəyi, həmin gün isə Əli Xameneinin Məşhəd şəhərində dəfn olunacağı bildirilib.
Vida mərasimində dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir. Bildirilir ki, tədbirə 100-ə yaxın ölkədən rəsmi qonaqların qatılması planlaşdırılır.
Qeyd edək ki, mərasimdə Azərbaycandan da rəsmi nümayəndə heyətinin iştirak edəcəyi açıqlanıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий