- 2 июля министр обороны Азербайджана Закир Гасанов встретился с делегацией во главе с заместителем председателя Агентства оборонной промышленности Турции Мустафой Муратом Шекером.
- Обсуждались совместные проекты в военной промышленности, включая спутниковые технологии, радиоэлектронную борьбу, беспилотные системы и применение искусственного интеллекта.
- Делегация также встретилась с первым заместителем министра обороны – начальником Генерального штаба Азербайджана Керимом Велиевым.
- Стороны отметили роль братских отношений в развитии военного сотрудничества.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.
Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən cənab M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb",-deyə nazirliyin Mətbuat xidmətindən qeyd edilib.
MN-nin Mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşüb.
"Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.
Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıblar",-deyə nazirliyin Mətbuat xidmətindən əlavə edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий