- Азербайджан ожидает привлечения новых финансовых источников на заседании Черноморского банка торговли и развития (ЧБТР).
- Министр финансов Сахиль Бабаев заявил, что ЧБТР профинансировал проекты в Азербайджане на сумму около 500 млн евро.
- Азербайджан диверсифицирует экономику: 71% ВВП приходится на ненефтяной сектор.
- Страна активно инвестирует в инфраструктуру, включая автомобильные и железные дороги, авиа- и морской транспорт.
- Партнерство Азербайджана с ЧБТР длится более 30 лет.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes forumunda maliyyə naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın fəal tərəfdaşlarından biridir və əməkdaşlıq illəri ərzində ölkədə müxtəlif layihələrin maliyyələşdirilməsində təxminən 500 milyon avro məbləğində iştirak edib.
"Bu gün daha çox layihə müzakirə olunur və onların maliyyə portfeli daha da genişlənib. Biz bugünkü iclası həm özəl sektor nümayəndələri, həm də dövlət şirkətləri üçün yeni maliyyə mənbələrinin açılması baxımından mühüm imkan kimi qiymətləndiririk. Dünya iqtisadiyyatı transformasiya dövrünü yaşayır, geosiyasi proseslər isə biznes üçün yeni çağırışlar yaradır. Azərbaycan qlobal enerji bazarında mühüm oyunçuya çevrilib və regionun, Avropanın, eləcə də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, ölkə yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz iqtisadiyyatın şaxələndirilməsi, ixracın diversifikasiyası və genişləndirilməsi, yeni bazarlara çıxış, həmçinin infrastrukturun möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstəririk", - deyə nazir bildirib.
Nazir qeyd edib ki, Azərbaycan infrastrukturun inkişafına aktiv investisiya yatırmağa davam edir.
"Ölkədə avtomobil və dəmir yolları, hava və dəniz nəqliyyatı sahəsində mühüm layihələr həyata keçirilib. Müasir geosiyasi çağırışlar fonunda Azərbaycan ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin əhəmiyyəti artır. Ölkə iqtisadiyyatında struktur dəyişiklikləri davam edir. Ötən ilin nəticələrinə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatının artıq 71 faizi qeyri-neft sektorunun payına düşür. Neft sektoru inkişafın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır, lakin qeyri-neft sektoru da müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir", - deyə o vurğulayıb.
S.Babayevin sözlərinə görə, bu artımın təmin edilməsində maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır.
O qeyd edib ki, iqtisadiyyatın inkişafına dövlət maliyyələşməsi, yerli investorların sərmayələri, yerli bankların maliyyə alətləri, eləcə də beynəlxalq maliyyə institutlarının vəsaitləri töhfə verir.
S.Babayev xatırladıb ki, Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə tərəfdaşlığı artıq 30 ildən çoxdur davam edir və geniş layihələr spektrini əhatə edir.
"Kiçik və orta sahibkarlığın dəstəklənməsi layihələri, infrastruktur təşəbbüsləri, həmçinin bankın dövlət və özəl şirkətlər, eləcə də ölkənin bank sektoru ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Biznes forumunda Qara Dəniz Ticarət və İnkişaf Bankına üzv olan doqquz ölkənin nümayəndələri iştirak edirlər. Bu isə ikitərəfli görüşlərin keçirilməsi, ticarət məsələlərinin müzakirəsi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır", - deyə nazir əlavə edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий