- Канада присоединится к конкурсу 'Евровидение' в 2027 году.
- Канадская вещательная корпорация стала полноправным членом Европейского вещательного союза.
- Канада будет первой новой страной-участницей после Австралии (2015).
- Канадский представитель выступит в полуфинале в Болгарии в 2027 году.
- Канадская певица Селин Дион выиграла Евровидение в 1988 году, представляя Швейцарию.
AZƏRTAC "TASS"-a istinadla xəbər verir ki, təşkilatlar bununla bağlı birgə bəyanat yayıb.
Bildirilib ki, bu qərarın verilməsi Kanada Yayım Korporasiyasının Avropa Yayım Birliyinə tamhüquqlu üzv qəbul edilməsindən sonra mümkün olub.
Bəyanatda Kanada tamaşaçılarının "Avroviziya"ya marağının yüksək olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, 2026-cı ildə Kanada "Qalan dünya" kateqoriyasında səslərin sayına görə liderlər üçlüyünə daxil olub, eyni zamanda, Vyanadakı müsabiqəni ziyarət edən ən çox tamaşaçısı olan ölkələrdən biri hesab edilib. Bundan əlavə, vurğulanıb ki, 1988-ci ildə müsabiqənin qalibi olan İsveçrəni təmsil edən müğənni kanadalı Selin Dion olub.
Qeyd edək ki, Kanada 2015-ci ildə "Avroviziya"ya qoşulan Avstraliyadan sonra müsabiqədə iştirak edən ilk yeni ölkə olacaq. Kanada təmsilçisi 2027-ci ildə Bolqarıstanda keçiriləcək müsabiqənin yarımfinalında çıxış edəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий