- Черноморский банк торговли и развития (ЧБТР) продолжит финансирование новых проектов в Азербайджане в сферах логистики, туризма, образования и возобновляемой энергии.
- Президент ЧБТР Серхат Кёксаль сообщил о подписании нового соглашения с Azerbaijan Airlines.
- Банк планирует финансировать инвестиции в солнечные электростанции, но детали пока не раскрываются.
- ЧБТР намерен в ближайшее время финансировать многочисленные проекты в логистике, туризме и образовании.
- Банк получает большую поддержку от правительства Азербайджана.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal İdarəedicilər Şurasının 28-ci İllik Toplantısı çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bank tərəfindən Azərbaycanda bir sıra layihələr maliyyələşdirilir.
"Azərbaycan Hava Yolları ilə yeni anlaşma dünən imzalanıb. Gələcəkdə günəş enerjisi stansiyalarına yatırımların da maliyyələşdirilməsini planlaşdırırıq. Hazırda bununla bağlı detalları açıqlaya bilmirəm, çünki danışıqlar davam edir", - deyə o bildirib.
S.Köksal qeyd edib ki, bank yaxın dövrdə Azərbaycanda logistika, turizm və təhsil sahələrində də çoxsaylı layihələrin maliyyələşdirilməsini nəzərdə tutur.
"Bankımızın məqsədi həm Azərbaycanın, həm də digər üzv ölkələrin inkişafını dəstəkləmək, eyni zamanda ölkələr arasında ticarətin genişlənməsinə töhfə verməkdir. Bu istiqamətdə Azərbaycan hökumətindən böyük dəstək görürük. Biz də bank olaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün əlimizdən gələni etməyə davam edəcəyik", - deyə QDTİB prezidenti əlavə edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий