- С сегодняшнего дня цена карт BakıKart повышена с 2 до 3 манатов.
- Карты BakıKart используются с 2015 года, цена не менялась.
- Повышение связано с ростом затрат на производство, обслуживание, логистику и инфраструктуру.
- Изменение касается только новых карт, балансы не меняются.
- За период были внедрены NFC, QR и оплата банковскими картами.
Day.Az xəbər verir ki, bu barədə "BakıKart" rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub.
"Bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb", - deyə məlumatda vurğulanıb.
Əlavə edilib ki, bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.
Qeyd edilib ki, dəyişiklik yalnız yeni əldə edilən "BakıKart" kartlarının satış qiymətinə aiddir. Kart balanslarında da hər hansı dəyişiklik edilməyəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий