- В Гёйчайском районе, село Кюрдемиш, автомобиль с человеком упал в водный канал.
- Тело утонувшего найдено водолазами МЧС.
- Погибший - Агалар Шамиль оглы Османов, 1942 года рождения.
Göyçayda kanalda batan şəxsin meyiti sudan çıxarılıb.
Bu barədə Day.Az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий