- По состоянию на 30 июня 2026 года зарегистрировано 4010 пропавших без вести в результате военной агрессии Армении против Азербайджана.
- Из них 4004 пропали в Первой Карабахской войне, 6 – во Второй Карабахской войне 2020 года.
- Среди пропавших 3228 военнослужащих и 782 гражданских лица, включая 71 ребенка, 288 женщин и 319 пожилых людей.
- Собраны биологические образцы от 11542 доноров для идентификации останков.
- Обнаружены останки, предположительно принадлежащие 893 пропавшим без вести, и 32 массовых захоронения.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Şərafət Həsənovun sözlərinə görə, onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb:
"4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır.
Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış
"İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması"
üzrə çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb.
2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır.
30.06.2026-cı il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.
Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.
2020-ci ildə baş vermiş 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir.
Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. 30.06.2026-cı il tarixə olan məlumata əsasən, 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.
Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.
30.06.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərinə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 181 nəfəri hərbçi, 45 nəfəri isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14 nəfəri qadın, 2 nəfəri isə azyaşlı olub".
O, həmçinin Azərbaycan ictimaiyyətinin, xüsusən də intizarla yaxınlarının yolunu gözləyən itkin ailələrinin diqqətinə çatdırıb ki, yaxın günlərdə də şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidimizin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək:
"Sözsüz ki, itkin düşmüş şəxslərin axtarışı və şəxsiyyətinin müəyyən olunması sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat kimi ICMP mühüm rola malikdir. Bu qurumla düşünülmüş, məqsədyönlü və davamlı əməkdaşlığın itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi sahəsində bizim üçün yeni imkanlar açacağına ümid edirik".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий