- В Каракасе произошел афтершок магнитудой 4,6 на глубине 10 км
- Разрушений от афтершока не зафиксировано
- Ранее в среду два землетрясения унесли жизни около 1500 человек
- 24 страны направили более 500 тонн гуманитарного груза и 2700 спасателей
- Спасательные работы ведутся в штате Ла-Гуайра, пострадавшем от кризиса
AZƏRTAC xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, bazar ertəsi səhər tezdən Venesuelanın paytaxtı Karakasın şimalında episentri 10 kilometr dərinlikdə yerləşən 4,6 maqnitudalı afterşok qeydə alınıb.
Milli Assambleyanın sədri Xorxe Rodriges sosial şəbəkələrdə bildirib ki, yeraltı təkanlar nəticəsində hər hansı dağıntı barədə məlumat daxil olmayıb. Xilasetmə işləri əsasən ölkədə uzun müddətdir mövcud olan dərin siyasi və iqtisadi böhrandan ən çox zərər çəkmiş La-Quayra ştatında aparılır.
Çərşənbə günü baş vermiş iki zəlzələ nəticəsində 1500-ə yaxın insanın həlak olduğu təsdiqlənib, yüzlərlə bina dağılıb.
Fəlakətdən sonra beynəlxalq ictimaiyyət Venesuelaya yardım etmək üçün səylərini birləşdirib. Hakimiyyət orqanlarının məlumatına görə, ölkəyə 24 dövlət 500 tondan çox humanitar yük, 2700-dən çox xilasedici və yardımçı heyət, eləcə də təxminən 86 kinoloji qrup göndərib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий