Bu imkanlarla proqram startapların məhsul inkişafı mərhələsində dəstəklənməsi, süni intellekt və bulud texnologiyalarının tətbiqini genişləndirməyi, investisiya cəlbetmə potensialına malik startapları gücləndirməyi və onların qlobal rəqabət qabiliyyətini artırmağı hədəfləyir.
Startapların proqramda iştirakı üçün İRİA tərəfindən xüsusi müraciət mexanizmi yaradılıb. Texnologiya əsaslı innovativ məhsul və xidmət inkişaf etdirən startaplar ilkin olaraq müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər. Bu mərhələdə uyğun hesab edilən startaplara İRİA tərəfindən dəvət (referral) kodu təqdim olunur. Kodu əldə edən startaplar daha sonra "Microsoft"un müraciət platformasına daxil olaraq proqram üçün rəsmi qeydiyyat prosesini tamamlayırlar. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı ildir.
Daxil olan müraciətlər İRİA və "Microsoft" nümayəndələri ilə birlikdə aylıq əsasda qiymətləndiriləcək. Seçimlər hər ayın sonunda müraciət edən startaplar arasından həyata keçiriləcək və il ərzində orta hesabla 40-50 startapın proqramın təqdim etdiyi kredit və dəstək imkanlarından faydalanması nəzərdə tutulur.
Qiymətləndirmə "Microsoft" tərəfindən müəyyən edilmiş uyğunluq meyarları əsasında aparılacaq. Bu zaman startapın investisiya cəlbetmə potensialı və ya artıq investisiya əldə etməsi, məhsulun bazar traksiyası və inkişaf mərhələsi, təqdim olunan həllin innovativ və texnologiya əsaslı olması, məhsulun miqyaslana bilməsi, eləcə də "Microsoft Azure" və digər texnoloji həllərdən istifadə potensialı əsas amillər kimi nəzərə alınacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий