- В июле в Баку температура может достигать 40°C.
- Среднемесячная температура в Баку ожидается 25-28°C.
- В центральных низменных районах температура может достигать 42°C.
- Осадки в целом близки к норме, местами немного выше.
- В начале месяца ожидаются дожди с грозами и градом.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayın ilk günündə ölkə üzrə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi istisna edilmir. Növbəti 2-3 gün ərzində isə hava şəraitinin nisbətən sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında iyulun orta aylıq temperaturunun 25-28°C olacağı bildirilir ki, bu da normaya yaxın və bir qədər yüksək göstəricidir. Gecələr 21-26°C, gündüzlər 29-34°C isti, ayın ikinci və üçüncü ongünlüyündə isə bəzi günlərdə 36-40°C-yə qədər istilik gözlənilir. Yağıntı miqdarı isə 2-3 mm civarında olacaq.
Naxçıvan MR ərazisində orta temperatur 26-28°C, gecələr 20-25°C, gündüzlər 30-35°C, bəzi günlərdə 37-40°C isti proqnozlaşdırılır. Yağıntı normaya yaxın (6-16 mm) olacaq.
Xankəndi, Şuşa və digər dağlıq ərazilərdə orta temperatur 18-23°C, bəzi günlərdə isə 30-35°C-yə qədər yüksələcək. Yağıntı normaya yaxın və bəzi yerlərdə bir qədər çox olacaq.
Qərb bölgələrində (Gəncə, Tovuz və ətraf rayonlar) orta temperatur 24-26°C, bəzi günlərdə 37-39°C isti gözlənilir. Yağıntı miqdarı normaya yaxın olacaq.
Şimal bölgəsində (Quba, Qusar, Şəki-Zaqatala zonası və s.) orta temperatur 21-24°C, bəzi günlərdə 34-38°C isti olacaq. Yağıntı normaya yaxın və bəzi yerlərdə daha çox ola bilər.
Mərkəzi aran rayonlarında (Mingəçevir, Sabirabad, Salyan və s.) orta temperatur 26-29°C, bəzi günlərdə isə 38-42°C isti proqnozlaşdırılır. Yağıntı normaya yaxın olacaq.
Cənub bölgəsində (Lənkəran-Astara zonası) isə orta temperatur 25-27°C, bəzi günlərdə 33-37°C isti olacaq. Yağıntı miqdarı əsasən normaya yaxın qalacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий