- Президент Азербайджана Ильхам Алиев выступил с обращением к участникам Недели тюркского мира, посвященной 100-летию Первого тюркологического съезда.
- Инициатива о проведении юбилея была выдвинута на 12-м саммите Совета глав государств Организации тюркских государств в Габале в октябре прошлого года.
- Неделя тюркского мира проходит в период председательства Азербайджана в Организации тюркских государств.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində bildirilib.
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.
Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır",- deyə müraciətdə, həmçinin qeyd olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий