- Правительство Израиля приняло решение о признании так называемого 'армянского геноцида'.
- МИД Азербайджана выразил серьезную обеспокоенность и назвал решение неприемлемым.
- Азербайджан призвал Израиль пересмотреть решение, заявив, что оно углубляет противоречия и мешает миру.
- Решение было принято единогласно, о чем сообщил глава МИД Израиля Гидеон Саар.
- Законопроект будет вынесен на голосование в Кнессете.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarii İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
"Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək", - Xarici İşlər Nazirliyinin İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara dair şərhində bildirib.
Xatırladaq ki, İsrail hökuməti rəsmi olaraq "erməni soyqırımı"nı tanımağa yekdilliklə səs verib. Bu haqda İsrailin xarici işlər naziri Gideon Saar "X" hesabında yazıb.
Layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий