Day.Az xəbər verir ki, qara tutun tərkibində olan antosiyaninlər və resveratrol ürək-damar sistemini qorumağa, xolesterolu tənzimləməyə və qan dövranını yaxşılaşdırmağa kömək edir. Eyni zamanda dəmir, kalsium və K vitamini sayəsində anemiya və sümük sağlamlığı üçün də faydalı hesab olunur.

Mütəxəssislər onu təzə halda yeməyi, eləcə də mürəbbə, qurudulmuş və ya dondurulmuş formada istifadə etməyi tövsiyə edirlər. Bununla belə, həssas mədə və diabeti olan şəxslərin həddindən artıq istifadədən çəkinməsi məsləhət görülür.