- Япония и Швеция сыграли вничью 1:1 в третьем туре группы F ЧМ-2026
- Япония заняла второе место в группе с 5 очками и встретится с Бразилией в 1/16 финала
- Швеция с 4 очками заняла третье место и сохраняет шансы на выход в плей-офф как лучшая третья команда
- Нидерланды выиграли группу с 7 очками, Тунис выбыл без очков
Day.Az İdman.Biz -ə istinadən xəbər verir ki, Yaponiya və İsveç yığmaları ABŞ-nin Texas ştatında yerləşən Arlinqton şəhərində üz-üzə gəlib. AT&T stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı 56-cı dəqiqədə Yaponiya millisi açıb. Ritsu Doanın ötürməsindən sonra Daizen Maeda fərqlənib. İsveç yığması buna 62-ci dəqiqədə cavab verib. Entoni Elanqa cərimə meydançasının sağ küncündən dəqiq zərbə ilə tarazlığı bərpa edib.
Bu nəticədən sonra Yaponiya F qrupunu beş xalla ikinci pillədə başa vurub. Asiya təmsilçisi 1/16 finalda Braziliya ilə qarşılaşacaq.
İsveç isə dörd xalla üçüncü yeri tutub və ən yaxşı üçüncü yer sahibləri sırasında pley-offa yüksəlmə şansını qoruyub. Skandinaviya təmsilçisinin növbəti mərhələdəki rəqibi digər qrupların yekun nəticələrindən sonra dəqiqləşəcək.
F qrupunu Niderland yeddi xalla lider kimi tamamlayıb. Tunis isə xalsız qalaraq mundialla vidalaşıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий