Day.Az xəbər verir ki, həkim Aleksey Panovun sözlərinə görə, təzyiq dərmanları əksər hallarda axşam qəbul edildikdə daha yaxşı nəticə verir. Statinlər isə xolesterin sintezinin gecə saatlarında artması səbəbindən həmin vaxt qəbul olunduqda daha effektiv hesab edilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dərmanların qəbul vaxtını özbaşına dəyişmək düzgün deyil. Bu, preparatın qandakı səviyyəsinə təsir göstərərək həm müalicənin effektini azalda, həm də yan təsirlərin yaranma riskini artıra bilər.