- Спикер Милли Меджлиса Сахиба Гафарова встретилась с председателем Меджлиса Северного Кипра Зией Озтюрклером.
- Встреча прошла в рамках 20-й сессии Конференции Парламентского союза государств-членов ОИС.
- Стороны обсудили углубление отношений между парламентами и важность дружеских групп.
- Высоко оценена постоянная поддержка Азербайджана Северному Кипру.
- Председатель Меджлиса Северного Кипра поблагодарил за поддержку.
Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Parlament İttifaqının təşkilata üzv ölkələrin qanunvericilik orqanları arasında münasibətlərin daha da dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əlverişli platforma olduğu bildirilib. Eyni zamanda, konfransın Milli Məclisin evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.
Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Spiker Sahibə Qafarova qonaqla bundan öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri, həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.
Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib. Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri dəstəyə görə ölkəmizə təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий