- Заведомо ложное сообщение о преступлении влечет уголовную ответственность по статье 296 УК Азербайджана.
- Наказание: штраф 1500-3000 манатов, общественные работы 320-400 часов, исправительные работы 1-2 года или лишение свободы до 3 лет.
- Ответственность наступает с 16 лет.
- Ложный вызов спецслужб (пожарных, полиции, скорой) влечет административный штраф 100 манатов по статье 564 КоАП.
- Ложный донос и ложный вызов — разные правонарушения с разными санкциями.
Həmin əmələ görə 1500 manatdan 3000 manatadək məbləğdə cərimə və ya 320 saatdan 400 saatadək ictimai işlər, yaxud 1 ildən 2 ilədək müddətə islah işləri, yaxud 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Bu cinayətə görə əməli törədərkən 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər.
Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə, polis, təcili tibbi yardım və ya digər ixtisaslaşdırılmış xidmətlərin çağırılmasına görə 100 manat məbləğində cərimə tətbiq edilir.
Həmin inzibati xətanı törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyət daşıyırlar.
Nəzərə almaq lazımdır ki, cinayət haqqında bilə-bilə yalan məlumat vermə ilə fövqəladə və ya ixtisaslaşdırılmış xidmətləri əsassız olaraq çağırma müxtəlif hüquqpozmalardır və qanunvericilikdə fərqli məsuliyyət tədbirləri nəzərdə tutulub.
Комментарии
Загрузка…
Оставить комментарий