- Невролог Рустем Гайфутдинов заявил, что некоторые стеклянные защитные пленки для смартфонов могут ограничивать поле зрения и вызывать головные и глазные боли.
- При длительном использовании телефонов с такими защитными пленками создается дополнительная нагрузка на глазные мышцы.
- Из-за изменения угла обзора оптические свойства стекла искажают сигнал, передаваемый в мозг.
- Постоянная смена фокуса при движении телефона приводит к размытому зрению и перенапряжению глазных мышц.
- Врач рекомендует делать 20-секундные перерывы каждые 20 минут и смотреть на объекты на расстоянии не менее 6 метров.
Day.Az Milli.Az -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularla uzun müddət istifadə edilən telefonlar göz əzələlərinə əlavə yük yaradır. O qeyd edib ki, görmə zamanı diqqət əsasən mərkəzi obyektə yönəlsə də, ekran bucağı dəyişdikcə şüşənin optik xüsusiyyətləri də fərqli təsir göstərir və bu, beyinə qismən təhrif olunmuş siqnalın ötürülməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, telefon əldən-ələ hərəkət etdikcə gözlər daim fokus dəyişməyə məcbur qalır, bu isə bulanıq görmə və göz əzələlərinin artıq işləməsi ilə nəticələnir. Bu vəziyyət uzun müddətdə gözün hamar əzələlərində gərginlik yaradır.
Qayfutdinov əlavə edib ki, bu gərginlik boyun əzələlərinə də yayıla bilər və nəticədə baş ağrısı və başgicəllənmə halları ortaya çıxa bilər.
Mütəxəssis telefon istifadəsi zamanı hər 20 dəqiqədən bir 20 saniyə fasilə verməyi və ən azı 6 metr uzaqlıqdakı obyektə baxmağı tövsiyə edib. Onun sözlərinə görə, bu, göz əzələlərinin dincəlməsinə və normal vəziyyətə qayıtmasına kömək edir.
"Qoruyucu şüşə istifadə olunmalıdırmı?" sualına isə həkim ehtiyatlı yanaşaraq, texnologiyadan istifadə edərkən təbii görmə mexanizmini mümkün qədər yükləməməyin vacibliyini vurğulayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий