- 7 июня 2026 года проведен вступительный экзамен по I и IV группам специальностей
- 5 человек набрали 400 баллов по I группе, 2 человека по IV группе
- Трое из семи максимальных баллов получили школьники из Баку
- Лейла Гусейнли из школы №238 набрала 400 баллов, ранее на выпускном экзамене получила 298 баллов
- Наргиля Зейналова из лицея физики, математики и информатики набрала 400 баллов
Day.Az xəbər verir ki, imtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 5, IV ixtisas qrupu üzrə isə 2 nəfər imtahanda maksimum nəticə göstərərək 400 bal toplayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hər iki imtahan üzrə 400 bal toplayan 7 nəfərdən üçü paytaxt məktəblisidir.
Belə ki, I ixtisas qrupu üzrə ən yüksək nəticə olan 400 balı Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.
IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.
Qeyd edək ki, 238 saylı məktəbin məzunu Hüseynli Leyla buraxılış imtahanında da 298 balla yüksək nəticə göstərmişdi. 700 balıq maksimum nəticəni iki balla itirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий