- 7 июня 2026 года проведен вступительный экзамен по I и IV группам специальностей.
- 7 абитуриентов набрали 400 баллов (максимум) во втором этапе.
- По I группе 5 человек набрали 400 баллов, по IV группе – 2 человека.
- Меджидли Бурлахатун Бахруз гызы набрала 700 баллов по сумме двух этапов (I группа).
- Алиева Айсу Рауф гызы набрала 693.6 балла по сумме двух этапов (IV группа).
Day.Az xəbər verir ki, nəticələrə əsasən 7 nəfər 400 bal toplayaraq maksimum nəticə göstərib.
Belə ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər - Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.
Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər - Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.
Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Комментарии
Загрузка…
Оставить комментарий