- В Ираке разразился скандал в нефтяном секторе из-за интимного видео, снятого в офисе госучреждения.
- На видео запечатлены руководитель Управления северных проектов Ияд Хусейн аль-Джавхар и директор финансового департамента Лина Раад Мохсин.
- Первоначально видео приписывали гендиректору Нефтяной проектной компании Али Варду Хамуде, но компания опровергла это.
- После распространения видео Ияд Хусейн аль-Джавхар и Лина Раад Мохсин временно отстранены от должностей, начато расследование.
- Скандал происходит на фоне борьбы с коррупцией и кадровых перестановок в нефтяном секторе Ирака.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan intim məzmunlu videonun dövlət qurumlarından birinin ofisində çəkildiyi iddia olunur.
Bildirilir ki, görüntülərdə Kərkükdə fəaliyyət göstərən Şimal Layihələri İdarəsinin rəhbəri İyad Hüseyn əl-Cəvhar və həmin qurumun maliyyə departamentinin direktoru Lina Raad Möhsin yer alıb.
İlkin olaraq videonun İraq Neft Nazirliyinin Layihələr Şirkətinin baş direktoru Əli Vərd Həmuda aid olduğu iddia edilsə də, qurum bu məlumatları təkzib edib. Şirkətin yaydığı açıqlamada görüntülərin Həmuda aid olmadığı, onun barəsində yayılan ittihamların həqiqəti əks etdirmədiyi vurğulanıb.
Məlumatlara əsasən, qalmaqallı videonun yayılmasından sonra İyad Hüseyn əl-Cəvhar və Lina Raad Möhsin vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb və onların fəaliyyəti ilə bağlı araşdırmaya başlanılıb.
Qeyd olunur ki, qalmaqal İraqın neft sektorunda korrupsiyaya qarşı aparılan araşdırmalar və son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий