Məlumata görə, müvəqqəti dəniz dəhlizindən istifadəyə görə heç bir keçid haqqı tutulmayacaq. Bu addım ABŞ və İran arasında əldə olunmuş razılaşmaların nəticələrinə uyğun olaraq atılıb.
Oman hakimiyyəti bildirib ki, dəniz dəhlizi Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya şəraitində hazırlanıb. Dəhlizin marşrutu təşkilatın və Omanın aidiyyəti qurumlarının açıqladığı koordinatlar əsasında müəyyənləşdirilib. Dəhlizdən istifadə etmək istəyən gəmilərdən əvvəlcədən Beynəlxalq Dəniz Təşkilatı ilə əlaqələndirmə aparılması tələb olunur.
Sultanlıq Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin və etibarlılığının təmin olunmasına dəstəyini davam etdirəcəyini vurğulayıb. Bildirilib ki, bu, qlobal ticarət və enerji daşımalarının sabitliyinin qorunmasına töhfə verəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий