- 25 июня на пляжах Абшерона ожидается благоприятная погода, температура морской воды до 25°C.
- Министерство здравоохранения предупредило о загрязнении воды на пляжах в Тюркан, Говсан, Ших, Сахиль, а также в Ленкорани и Хачмазе.
- В указанных районах введен временный запрет на купание из-за загрязнения сточными водами.
Day.Az xəbər verir ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək.
Bununla yanaşı, Səhiyyə Nazirliyi bəzi çimərliklərdə dəniz suyunun keyfiyyəti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin açıqlamasına əsasən, aparılan laborator müayinələr zamanı bir sıra ərazilərdə su nümunələrinin sanitariya norma və qaydalarına cavab vermədiyi müəyyən olunub.
Monitorinqlər nəticəsində Bakı şəhərinin Türkan, Hövsan, Şıx və Sahil qəsəbələrində, eləcə də Lənkəranın Aşağı Nüvədi, Sütəmurdov, Kiçik Bazar yaşayış məntəqələrində və Xaçmazın Niyazoba ərazisində yerləşən çimərliklərdə dəniz suyunun çirkab və tullantı suları ilə çirkləndiyi aşkarlanıb.
Bu səbəbdən qeyd olunan ərazilərdə dəniz suyundan çimmək məqsədilə istifadəyə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Комментарии
Загрузка…
Оставить комментарий