- Объявлены автобусные маршруты к популярным пляжам Баку и Абшеронского полуострова.
- Маршрут №123 следует до Новханы от станции метро 'Азадлыг проспекти'.
- До пляжа Горадиль ходят автобусы №108А от метро 'Азадлыг проспекти' и №537 от круга Забрат.
- До Бильгях следует маршрут №171 от Транспортного обменного центра 'Кёроглу'.
- До Шувеляна и Мардакяна ходят автобусы №136 и №156, а также №181 до Мардакяна.
Day.Az xəbər verir ki, Novxanı istiqamətinə getmək istəyənlər "Azadlıq prospekti" metro stansiyasından hərəkət edən 123 nömrəli marşrutdan istifadə edə bilərlər.
Görədil çimərliyinə isə "Azadlıq prospekti" metrosundan 108A, həmçinin Zabrat dairəsindən 537 nömrəli avtobuslar xidmət göstərir.
Bilgəh istiqamətində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən 171 nömrəli marşrut fəaliyyət göstərir.
Şüvəlan və Mərdəkan qəsəbələrinə getmək üçün sərnişinlər 136 və 156 nömrəli avtobuslardan yararlana bilərlər. Bundan əlavə, 181 nömrəli marşrut da Mərdəkan istiqamətində hərəkət edir.
Buzovna çimərliyinə isə "Koroğlu" NMM-dən 160 və 163 nömrəli avtobuslarla çatmaq mümkündür.
Məsul qurumlar vətəndaşlara istirahət zamanı təhlükəsizlik qaydalarına riayət etməyi, həmçinin çimərlik ərazilərində təmizliyin qorunmasına diqqət yetirməyi tövsiyə edirlər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий