Araşdırmalara görə, zeytun yağının müntəzəm istifadəsi "pis" xolesterin (LDL) səviyyəsinin azalmasına, "yaxşı" xolesterin (HDL) səviyyəsinin isə qorunmasına və ya yüksəlməsinə kömək edə bilər. Həmçinin, sağlam yağlar beynin funksiyaları üçün vacibdir və yaşlılıqda idrak qabiliyyətlərinin qorunmasına müsbət təsir göstərə bilər.

Mütəxəssislər gündə təxminən 3 xörək qaşığı zeytun yağının rasiona daxil edilməsini məqsədəuyğun sayır. Bu miqdar salatlara, tərəvəz yeməklərinə və ya tam taxıllı qidalara əlavə olunaraq daha faydalı şəkildə qəbul edilə bilər.