- 24 июня в Ясамальском и Низаминском районах Баку будет ограничена подача электроэнергии с 10:00 до 13:00.
- Причина — ремонтные работы на трансформаторных подстанциях.
- Отключение затронет улицы Заргярпалан, Льва Толстого, Сулеймана Тагизаде, Гази Асланова, Аловсата Гулиева и часть проспекта Азербайджана в Ясамальском районе.
- В Низаминском районе отключение коснется частей улиц Эльшана Сулейманова и Рустама Рустамова.
- После завершения работ качество электроснабжения улучшится.
Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Mətbuat Xidməti məlumat yayıb.
"İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq",-deyə qurumun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.
"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə Səhmdar Cəmiyyətin Mətbuat Xidmətindən əlavə edilib.
Комментарии
Загрузка…
Оставить комментарий