- Глава Государственного экзаменационного центра Азербайджана Малейка Аббасзаде заявила, что школьные оценки часто не совпадают с результатами экзаменов.
- Централизованное оценивание основано на единых стандартах, все ученики отвечают на одинаковые вопросы в одинаковых условиях.
- Внутришкольное оценивание носит сравнительный характер, учитель может поставить высокую оценку лучшему ученику в классе.
- Ежегодно публикуются сравнительные таблицы школьных оценок и результатов экзаменов.
- Анализ показывает, что система оценивания в школах постепенно улучшается по отдельным предметам.
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür.
Day.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
DİM sədrinin sözlərinə görə, mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır:
"Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Siz bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır".
Комментарии
Загрузка…
Оставить комментарий