- Пенсионный капитал формируется за счет обязательных страховых взносов из доходов гражданина.
- Средства учитываются в системе индивидуального учета Государственного фонда социальной защиты.
- Гражданин может отслеживать сумму через портал e-gov.az.
- Использовать капитал можно только при наступлении пенсионных оснований: по возрасту, инвалидности или потере кормильца.
- Полное обналичивание капитала в любое время невозможно.
"Əmək pensiyaları haqqında" mövcud qanunvericiliyə uyğun olaraq, pensiya kapitalı vətəndaşın əmək fəaliyyəti dövründə qazandığı gəlirlərdən tutulan məcburi dövlət sosial sığorta ödənişləri hesabına formalaşan və gələcəkdə pensiya təminatının əsasını təşkil edən maliyyə ehtiyatıdır.
Bu vəsait şəxsin fərdi uçot sistemində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeydiyyata alınır və onun məbləğini vətəndaş "e-gov.az" elektron hökumət portalı vasitəsilə izləyə bilər.
Pensiya kapitalında toplanan məbləğ yalnız qanunla müəyyən edilən hallarda istifadə oluna bilər: məsələn, yaşa görə pensiya hüququ yarandıqda, əmək qabiliyyəti tam və daimi itirildikdə, yaxud ailə başçısının itirilməsi səbəbilə ailə üzvünə əmək pensiyası təyin edildiyi zaman.
Qanunvericiliyə əsasən, pensiya kapitalının istənilən vaxt tam şəkildə nağdlaşdırılması mümkün deyil. Yəni bu vəsaitdən yalnız pensiya hüququ formalaşdığı halda istifadə etmək və ya ondan yararlanmaq olar.
Комментарии
Загрузка…
Оставить комментарий