- Из России в Армению через Азербайджан отправлена очередная партия груза — 408 тонн удобрений в 6 вагонах.
- Ранее через Азербайджан из России в Армению было перевезено более 33 тыс. тонн зерна, 7 тыс. тонн удобрений, 133 тонны алюминия, 68 тонн гречки и 414 тонн антрацита.
- Продолжаются поставки энергоносителей: в Армению экспортировано более 14 тыс. тонн дизельного топлива и более 4 тыс. тонн бензина марок АИ-92 и АИ-95.
Day.Az xəbər verir ki, məlumata görə, ümumi çəkisi 408 ton olan gübrə yüklənmiş 6 vaqon Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Yük daha sonra tranzit marşrutu ilə Ermənistana çatdırılacaq.
Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycan üzərindən Rusiyadan Ermənistana 33 min tondan artıq taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.
Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında enerji məhsullarının tədarükü də davam edir. İndiyədək Ermənistana 14 min tondan artıq dizel yanacağı, həmçinin 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий