- За январь-май 2026 года выявлено 3766 фактов наркопреступлений.
- Из них 890 - незаконная продажа, 2841 - хранение, 33 - культивирование, 2 - прочие.
- Из незаконного оборота изъято более 4 тонн 263 кг наркотиков и психотропных веществ.
- Общая стоимость изъятых наркотиков оценивается в 111,8 млн манатов.
- К уголовной ответственности привлечено 2110 человек, из них 25 иностранцев.
Day.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
İşçi Qrupundan bildirilib ki, onlardan 890-ı narkotiklərin qanunsuz satışı, 2841-i saxlanılması, 33-ü əkilib-becərilməsi, 2-si isə digər cinayətlərlə bağlı olub.
"Qanunsuz dövriyyədən ümumilikdə 4 ton 263 kq-dan çox narkotik vasitə və psixotrop maddə çıxarılıb. Onların əsas hissəsini marixuana təşkil edib. Həmçinin 4486 həb metadon, 3660 ədəd çətənə kolu və 29 həb psixotrop maddə aşkarlanaraq götürülüb. Müsadirə olunan narkotik vasitələrin ümumi dəyəri 111,8 milyon manat qiymətləndirilir"-deyə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında bildirilib.
İşçi Qrupu-nun məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilmiş, onlardan 2057-si kişi, 53-ü qadın olub.
"Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilən 25 xarici ölkə vətəndaşından ümumilikdə 156 kq 822,062 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb",-deyə məlumatda bildirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий