Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Day.Az xəbər verir ki, köç prosesinin bu mərhələsində kəndə 20 ailə, ümumilikdə 89 nəfər yerləşdirilib.
Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.