- AzerTelecom и Telecom Armenia подписали двусторонние соглашения о транзите интернет-трафика через Азербайджан для обеспечения международного интернет-соединения Армении.
- Соглашение позволит AzerTelecom расширить географию поставок международного интернет-трафика и обеспечить транзит в направлении Армении.
- Подобные соглашения направлены на диверсификацию маршрутов связи, повышение надежности телекоммуникационных сетей и развитие сотрудничества в сфере телекоммуникаций.
- AzerTelecom является ведущим магистральным интернет-оператором в регионе и реализует проект 'Цифровой Шелковый путь'.
"AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
Razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru "AzerTelecom" beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.
Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.
" AzerTelecom " Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla internet trafikinin topdansatışı, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir. " AzerTelecom " Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsini həyata keçirir.
"AzerTelecom" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan " Azerconnect Group "a daxildir.
Комментарии
Загрузка…
Оставить комментарий