- Колумбийский нападающий Карабаха Камило Дуран может перейти в Селтик
- Селтик хочет усилить атаку под руководством Мартина О'Нила
- Дуран забил 15 голов в сезоне, 5 из них в Лиге чемпионов
- Контракт Дурана с Карабахом до июля 2028 года
"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran yay transfer pəncərəsində Şotlandiyanın "Seltik" klubuna keçə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə "The Scottish Sun" məlumat yayıb. Qlazqo təmsilçisi yeni mövsüm öncəsi ön xəttə əlavə güc qatmaq üçün transfer bazarında axtarışlarını davam etdirir.
Komandanın baş məşqçisi Martin O'Nill hücum xəttində rəqabəti artırmaq istəyir. Bu səbəbdən "Seltik"in nəzərdən keçirdiyi variantlardan biri də "Qarabağ"da çıxış edən 24 yaşlı Duran olub.
Kolumbiyalı futbolçu ötən mövsüm avrokuboklarda göstərdiyi oyunla diqqət mərkəzinə düşüb. Onun mövsümdə 15 qol vurması, bu qollardan beşinin isə Çempionlar Liqasında olması Şotlandiya klubunun marağını artıran əsas amillərdən sayılır.
Qeyd edək ki, Kamilo Duranın "Qarabağ"la müqaviləsi 2028-ci ilin iyul ayına qədərdir.
Комментарии
Загрузка…
Оставить комментарий