"İyunun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb",-deyə nazirliyin Mətbuat Xidmətindən bildirilib.

Ötən gün aşkarlanan qanunsuz-silah sursat sayı da açıqlanıb.

"Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər",-deyə qurumun Mətbuat Xidmətindən əlavə edilib.