Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.

Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.

Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı artıb. Onun sözlərinə görə, "Ebola" xəstələrinin müalicəsi üçün çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri genişləndirilir.