- Запущен экспресс-маршрут 149E в тестовом режиме.
- Маршрут соединяет поселок Сахил и станцию метро 'Сахил'.
- С 22 июня 6 автобусов Neoplan будут курсировать по маршруту.
- Интервал движения 15-20 минут в часы пик (06:45-10:00 и 17:00-20:00).
- Стоимость проезда 1,30 AZN.
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.
Bununla bağlı olaraq, iyunun 22-dən 6 ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə əlaqələndirəcək.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib:
"Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərinxidmətində olacaq.
Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.
149E nömrəli ekspres marşrutu üzrə "Sahil" metrostansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi - uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbidayanacaq məntəqələri kimi təyin edilib".
Комментарии
Загрузка…
Оставить комментарий