Azərbaycanda iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə müvafiq regional qaz istismarı idarələri məlumat yayıb.

Zaqatala Regional Qaz İstismar İdarəsinin məlumatına görə, təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Salyan Regional Qaz İstismarı İdarəsinin məlumatına görə isə payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar həmin gün saat 11:00-dan işlər başa çatanadək Neftçala rayonunun Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərində qazın verilişi dayandırılacaq.

Qaz təchizatı aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.