- Исмаил Картал назначен главным тренером Фенербахче
- Это его четвертый период работы в клубе
- Контракт подписан на следующий сезон
- Информация подтверждена официальным YouTube-каналом клуба
Türkiyənin "Fənərbağça" klubunda baş məşqçi məsələsinə aydınlıq gəlib.
Day.Az Milli.Az -a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına yenidən İsmail Kartal keçəcək. Klubun bu qərarı qısa müddət ərzində rəsmi şəkildə ictimaiyyətə təqdim edəcəyi bildirilir. Məlumatı jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.
Beləliklə, təcrübəli mütəxəssis "sarı-lacıvərdlilər"in baş məşqçisi kimi növbəti dəfə fəaliyyətə başlayacaq.
"Fənərbağça" İsmail Kartalı baş məşqçi təyin edib. Bu barədə klubun rəsmi yutub hesabında da məlumat açıqlanıb. Bildirilib ki, mütəxəssislə növbəti mövsüm üçün müqavilə imzalanıb.
Qeyd edək ki, İsmail Kartal daha əvvəl də bir neçə dəfə "Fənərbağça"nı çalışdırıb. Bu təyinat onun klubdakı dördüncü məşqçilik dönəmi kimi tarixə düşəcək.
Azarkeşlər artıq təcrübəli çalışdırıcının rəhbərliyi altında komandanın yeni mövsümdə necə çıxış edəcəyini maraqla gözləyirlər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий