- Глава Азербайджанского фонда развития бизнеса Ульви Мансуров заявил, что частный сектор является движущей силой развития, создания рабочих мест и инноваций.
- Мансуров выступил на заседании по частному сектору в рамках Ежегодной встречи Группы Исламского банка развития, организованной Арабской координационной группой в Баку.
- Он отметил, что масштаб возможностей в инфраструктуре, энергетике, продовольственной безопасности, цифровой трансформации и климатической устойчивости требует инвестиций, которые ни одна организация не может обеспечить в одиночку.
- Азербайджан привержен углублению сотрудничества с Арабской координационной группой и ее учреждениями-членами.
- Мансуров ожидает больше совместного финансирования, инноваций, трансграничных инвестиций и партнерств для достижения конкретных результатов.
Özəl sektor inkişafın hərəkətverici qüvvəsidir.
Trend -in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Bakıda keçirilən İİB Qrupunun İllik Toplantısında özəl sektor üzrə iclası zamanı bildirib.
"Özəl sektor artıq sadəcə inkişafın faydalanan tərəfi deyil. O, inkişafın, iş yerlərinin yaradılmasının, innovasiyaların tətbiqinin, məhsuldarlığın artırılmasının və dayanıqlı iqtisadiyyatların qurulmasının hərəkətverici qüvvəsidir. İstənilən uğurlu iqtisadiyyat nəticə etibarilə təkcə dövlət investisiyaları üzərində deyil, həm də sahibkarların və biznesin öz ideyalarını imkanlara çevirmək qabiliyyəti üzərində qurulur", - deyə o bildirib.
Mansurov qeyd edib ki, infrastruktur və enerjidən tutmuş qida təhlükəsizliyinə, rəqəmsal transformasiyaya və iqlim dəyişikliyinə davamlılığa qədər yaranan imkanların miqyası heç bir qurumun təkbaşına təmin edə bilməyəcəyi səviyyədə investisiya tələb edir. O, bildirib ki, Azərbaycan bu yanaşmaya qətiyyətlə sadiqdir.
O, həmçinin əlavə edib ki, Azərbaycan Ərəb Koordinasiya Qrupu və onun üzv qurumları ilə əməkdaşlığın dərinləşməsini alqışlayır.
"Onilliklərdir ki, Ərəb Koordinasiya Qrupu və onun üzv qurumları inkişaf institutları arasında koordinasiyanın resursları səfərbər edə, təcrübəni paylaşa və insanların həyatını necə yaxşılaşdıra biləcəyini nümayiş etdiriblər.
Biz iqtisadiyyatlarımız və xalqımız üçün konkret nəticələr verəcək daha çox birgə maliyyələşdirmə, daha çox innovasiya, daha çox sərhədyanı investisiya və daha çox tərəfdaşlıq görəcəyimizi gözləyirik", - deyə o bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий