Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində "Frutti Aqro" MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər. Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.