- 16 июня около 17:00 автомобиль Mercedes под управлением Парвиза Ахмедова сломался на дороге Баку-Губа.
- Водитель не выставил знак аварийной остановки, а лишь предупреждал жестами.
- 17-летняя Захра Мехдизаде на мотоцикле врезалась в стоящий автомобиль и погибла.
- Захра Мехдизаде не имела прав на управление мотоциклом.
- Проводится расследование.
Day.Az xəbər verir ki, məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.
Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasına əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий