- В Шахбузском районе обнаружен военный боеприпас.
- Обнаружен управляющий двигатель противотанкового гранатомета РПГ-7.
- Пиротехники МЧС Нахичевани обезвредили боеприпас.
- Информация поступила от полиции по горячей линии 112.
- Боеприпас изъят и вывезен с территории.
Şahbuz rayonunda hərbi sursat aşkarlanıb.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb ediliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatın 1 ədəd "RPQ-7" tipli tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşdirilib.
Aşkarlanan sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi məqsədilə götürülərək ərazidən kənarlaşdırılıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий